“Evdə tək” filmlərində baş qəhrəmanın anasını canlandıran amerikalı aktrisa Ketrin O'Hara 72 yaşında vəfat edib.
Lent.az xəbər verir ki, bu barədə TMZ portalı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunur ki, aktrisa yanvarın 30-da dünyasını dəyişib. Ölümün səbəbi hələlik açıqlanmayıb.
Ketrin O'Hara 1990-cı ildə çəkilmiş Evdə tək və 1992-ci ildə ekranlara çıxan Evdə tək 2: Nyu-Yorkda itmiş filmləri ilə geniş tamaşaçı auditoriyası tərəfindən tanınıb.
evdə tək