Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Süleyman Surxay oğlu Mikayılov Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Lent.az Süleyman Mikayılovun qısa bioqrafiyasını təqdim edir:
Süleyman Mikayılov nə vaxt və harada dünyaya gəlib?
Süleyman Mikayılov 27 aprel 1962-ci ildə Naxçıvanda anadan olub. 1979-cu ildə Naxçıvan şəhər 2 saylı orta məktəbi, 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
Süleyman Mikayılov əmək fəaliyyətinə nə vaxt başlayıb?
Əmək fəaliyyətinə 1979-cu ildə Naxçıvan şəhər Uşaq İdman Məktəbində məşqçi kimi başlayıb. 1984–1994-cü illərdə Naxçıvan şəhər Orta İxtisas Musiqi Məktəbində bədən tərbiyəsi rəhbəri, 1994–1995-ci illərdə isə “Səma” kiçik müəssisəsinin direktoru olub.
Süleyman Mikayılov hansı vəzifələrdə çalışıb?
1995–1999-cu illərdə Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə şöbəsinin rəisi, idarə rəisinin birinci müavini və idarə rəisi vəzifələrində çalışıb.
1999–2001-ci illərdə Dövlət Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini olub, daha sonra bir müddət Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi vəzifəsində işləyib.
Süleyman Mikayılov hansı rayonların icra başçısı olub?
2005-ci ildə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı, 2005–2010-cu illərdə isə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 4 mart 2010-cu il tarixli sərəncamı ilə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
2003-cü ildən Azərbaycan Respublikası Boks Federasiyasının vitse-prezidentidir.
Ailəlidir, iki övladı var.
Süleyman Mikayılov kimdir?