IMG-LOGO

"Bloomberg": Aİ Rusiyaya qarşı 20-ci sanksiya paketində dəniz daşıma xidmətlərini qadağan edəcək

30 Jan 2026 21:44 2 baxış
IMG

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı planlaşdırılan 20-ci sanksiya paketi çərçivəsində bu ölkənin neftinin qiymət tavanını dəniz daşıma xidmətlərinə qadağa ilə əvəz etmək imkanını nəzərdən keçirir.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, əgər bu tədbiri Aİ ölkələri dəstəkləsə, Avropa şirkətlərinə qiymətindən asılı olmayaraq, Rusiya neftinin hər hansı daşıyıcısına maliyyə, hüquqi, sığorta və digər xidmətlərin göstərilməsi qadağan ediləcək. Qeyd olunub ki, sanksiyaların qəbul edilməsi üçün blokun bütün üzvlərinin dəstəyi tələb olunur.

Bildirilib ki, Aİ növbəti sanksiya paketi çərçivəsində həmçinin Rusiya bankları və neft şirkətlərinə, eləcə də Brüsselin sanksiyalardan yayınmaqda şübhələndiyi digər ölkələrdəki maliyyə təşkilatlarına qarşı yeni məhdudiyyətləri nəzərdən keçirir.

"Blok həmçinin ilk dəfə olaraq sanksiyalardan yayınmağa qarşı mexanizmin tətbiq edilməsi imkanını nəzərdən keçirir", - qeyd olunub.

Xəbər lenti