ABŞ İrana Venesuelaya göndərdiyindən daha böyük qüvvə göndərir.
"Report" xəbər verir ki, bunu Ağ Evdə keçirilən tədbir zamanı ABŞ lideri Donald Tramp bildirib.
"İrana tərəf böyük bir armada, flotiliya - necə istəyirsiniz adlandırın - irəliləyir; bu hətta Venesuela sahillərində olan qüvvəmizdən də böyükdür", - deyə o bildirdi.
Bununla yanaşı, Tramp Vaşinqtonun Tehran ilə sazişə nail olacağına ümid etdiyini qeyd edib.
"Əgər biz sazişə nail olmasaq, nə baş verəcəyinə baxarıq", - Ağ Ev rəhbəri əlavə edib.