IMG-LOGO

Yaponiya səfiri: Tokio WUF13-ə böyük maraq göstərir

30 Jan 2026 20:41 4 baxış
IMG

Yaponiyada Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) böyük maraq göstərilir.

Bu barədə "Report"a Yaponiyanın Azərbaycandakı səfiri Katuya Vatanabe bildirib.

Onun sözlərinə görə, həm Yaponiya hökuməti, həm də özəl şirkətlər foruma böyük maraq göstərir.

"Yaponiya bu forumda nümayəndə heyəti ilə təmsil olunacaq. Nümayəndə heyətinin tərkibi haqqında danışmaq hələ tezdir, lakin Yaponiya hökuməti bu foruma maraq göstərir. Müxtəlif Yaponiya şəhərlərinin bələdiyyə nümayəndələri və özəl şirkətlər də böyük maraq göstərirlər", - diplomat qeyd edib.

Xəbər lenti