Belçikanın Azərbaycandakı səfiri Jülyen de Frepon bildirib ki, Azərbaycan və Avropa İttifaqı (Aİ) arasındakı nəqliyyat tərəfdaşlığı bütün regiona iqtisadi faydalar verir.
"Report" xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Müsbət xəbər: Aİ və Azərbaycan əlaqəliliyi artıran layihələrin inkişafında əməkdaşlığı gücləndirir. Bu, bütün regiona iqtisadi üstünlüklər gətirən qarşılıqlı faydalı tərəfdaşlıqdır", - paylaşımda bildirilib.
Qeyd edək ki, Aİ və Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə Naxçıvan dəmir yolu layihəsinin hazırlanması üçün texniki-iqtisadi əsaslandırma işləri görəcək. Dəmir yolu Avropanı Mərkəzi Asiya ilə birləşdirən Transxəzər nəqliyyat dəhlizinin bir hissəsi olacaq. Layihə mobilliyi artırmağa, iqtisadi əlaqələri gücləndirməyə və regional inkişafı dəstəkləməyə yönəlib.