Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XI turun növbəti oyunu keçirilib.
"Report" xəbər verir ki, UNEC-lə qarşılaşan "Abşeron" 3:0 (26:24, 25:21, 26:24) hesablı qələbəyə sevinib.
Matç Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunub.
Qeyd edək ki, XI tura sabah yekun vurulacaq.