IMG-LOGO

Filippində bərə qəzası nəticəsində ölənlərin sayı 31-ə çatıb

30 Jan 2026 18:24 2 baxış
IMG

Filippində "Trisha Kerstin 3" adlı "Ro-Ro" tipli bərənin qəzası nəticəsində ölənlərin sayı daha iki meyitin tapılmasından sonra 31-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi Filippin Sahil Mühafizəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ən azı 316 nəfər xilas edilib.

Axtarış əməliyyatları davam edir və itkin düşənlərin dəqiq sayını müəyyən etmək üçün araşdırma aparılır.

Bərə Zamboanqa şəhərindən (Filippin) Holo adasına gedirmiş. O, Baluk adası yaxınlığında qəzaya uğrayıb.

Xəbər lenti