IMG-LOGO

Kiyevdə enerji və istilik böhranı səbəbindən çadır şəhərcikləri salınır

30 Jan 2026 17:38 2 baxış
IMG

Ukrayna paytaxtı Kiyevdə, hava zərbələrinin nəticəsində enerji və istilik böhranı səbəbindən sakinlərin müvəqqəti sığınacağı üçün çadır şəhərcikləri salınır.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, ətraf çoxmənzilli evlərdən çadırlara köçən sakinlər bildiriblər ki, günlərdir mənzillərdə istilik, işıq və su yoxdur.

Hadisə yerində olan Ukrayna daxili işlər naziri İqor Klimenko bildirib ki, hazırda Kiyev şəhəri üzrə 91 çadır qurublar:

"Bunlardan 71-i çayın sol sahilindədir. Vəziyyətdən irəli gələrək sayı artacaq. Bu gecədən burada sakinlərimizin istilik ehtiyaclarını ödəməyə başlayırıq. Əsas istilik, elektrik və su təminatıdır ki, bunu mütləq etməliyik".

Onun sözlərinə görə, belə çadır şəhərcikləri kompleksinin qurulması yeganə çıxış yolu oldu. İ.Klimenko deyib ki, bu çadır şəhərciklərindən biri minimum 300 nəfəri qəbul edir.

Xəbər lenti