IMG-LOGO

Lənkəranda qəza: 2 işıq dirəyi SIRADAN ÇIXDI

26 Jan 2024 23:38 92 baxış
IMG

Lənkəran şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla verdiyi məlumata görə, hadisə şəhərin Şəhidlər Xiyabanı küçəsində baş verib. "Hyundai" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı küçə işıqlarına, eləcə də yol nişanına çırpılıb. İşıq dirəklərindən ikisi sıradan çıxıb. 

Faktla bağlı araşdırma aparılır.  

Mənbə: lent.az

Xəbər lenti