IMG-LOGO

Xanyurdu sakini: Doğma yurda qayıtmağın sevinci bizim üçün unudulmazdır

30 Jan 2026 14:11 3 baxış
IMG

Doğma yurda qayıtmağın sevinci sakinlər üçün unudulmazdır.

Bunu "Report"un Xocalıya ezam olunan əməkdaşına açıqlamasında rayonun Xanyurdu kənd sakini Arif İsmayılov deyib.

O, doğma kəndə qayıdışın sakinlərə unudulmaz sevinc yaşatdığını vurğulayıb:

"Məcburi köçkünlük dövründə çox çətinlik çəkdik, artıq o əziyyətlərə son qoyulub. Təəssüf ki, kənd sakinlərinin çoxu bu günü görmədi. Doğma yurda qayıtmağın sevincli bizim üçün unudulmazdır. Qayıtdıqdan sonra ilk işim doğma ocağın torpağından götürüb dünyasını dəyişən yaxınlarımızın məzarına səpmək olacaq. Bununla onların da ruhu şad olar".

Xəbər lenti