IMG-LOGO

Həmid Herisçinin son vəziyyəti açıqlandı - RƏSMİ

26 Jan 2024 22:38 146 baxış
IMG

1960-cı il təvəllüdlü tanınmış Azərbaycan yazıçısı, şair, publisist, aparıcı Həmid Herisçi təcili tibbi yardım avtomobili vasitəsilə 26.01.2024-cü il tarixində saat 18:15 radələrində qızılca diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilib. 

Lent.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. 

Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda müalicəsi davam etdirilir. Pasientin vəziyyəti ağır qiymətləndirilir.  

Mənbə: lent.az

Xəbər lenti