IMG-LOGO

Ərdoğan: Türkiyə İran və ABŞ arasında vasitəçi olmağa hazırdır

30 Jan 2026 13:29 3 baxış
IMG

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Danışıq zamanı Türkiyə–İran ikitərəfli münasibətləri və bölgədə artan hərbi gərginlik müzakirə olunub.

Ərdoğan danışıq zamanı gərginliyin azaldılması və həllinə nail olunması üçün Türkiyənin İran ilə ABŞ arasında vasitəçilik rolunu üzərinə götürməyə hazır olduğunu vurğulayıb.

Xəbər lenti