IMG-LOGO

Yunanıstan səfiri: Azərbaycanla birbaşa hava əlaqəsinin olması önəmlidir

30 Jan 2026 12:45 4 baxış
IMG

Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Maria K.Papakonstantinu iki ölkə arasında birbaşa hava əlaqəsinin olmasının önəmli oluduğunu deyib.

"Report" xəbər verir ki, diplomat bu barədə Prezident İlham Əliyevə etimadnaməsini təqdim edərkən söyləyib.

Maria K.Papakonstantinus Azərbaycana səfir təyin olunmasından şərəf hissi keçirdiyini bildirib.

Diplomat, həmçinin, yaşıl enerji, kənd təsərrüfatı və digər sahələrdə ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

Xəbər lenti