IMG-LOGO

Hansı ev qablarında insanlar üçün təhlükəli maddələr var

28 Jan 2026 10:57 3 baxış
IMG
34 0

Ekspertlər yeməyi bişirdiyiniz və saxladığınız qab-qacağa diqqət yetirməyi tövsiyə edirlər. Çünki bəzi qab növləri sağlamlıq üçün təhlükəli ola bilər. Çox vaxt yemək hazırlayarkən onun kalorisinə, faydasına, yağlılığına və digər göstəricilərə fikir veririk, amma bir şeyi unuduruq: yeməyin hazırlandığı qab da böyük təsir göstərir. Mütəxəssislər xüsusilə teflon örtüklü qablarla ehtiyatlı olmağı məsləhət görürlər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, teflon səthlər yemək bişirərkən yağı minimuma endirmək üçün çox rahat üsuldur. Əvvəllər belə qabların tərkibində perfloroktan turşusu (PFOA) olurdu. Bu maddə sağlamlığa və ətraf mühitə zərərli hesab edilirdi.

2013-cü ildən etibarən PFOA-nın istifadəsi qadağan edildi və teflon örtüklər PFOA-free (yəni PFOA-sız) istehsal olunmağa başladı. Daha sonra onun yerinə başqa bir kimyəvi birləşmə PFAS tətbiq edildi və bu maddə daha təhlükəsiz sayılır. Lakin onun orqanizmə təsiri ilə bağlı müzakirələr hələ də davam edir.

Araşdırmalardan birində belə səthin 390 dərəcə temperaturda 4 saat qızdırılması “teflon qripi” adlandırılan halın yaranmasına səbəb olub. Bu zaman insanda baş ağrısı, qızdırma və halsızlıq kimi əlamətlər müşahidə edilir. Ev mətbəxində bu qədər uzun müddət və bu temperaturda istifadə adətən olmur. Amma restoranlarda, personalın uzun müddət belə qablarla təmasda olması səbəbilə bu örtük o qədər də ideal seçim sayılmır.

Nutrisiyoloq teflon örtüklü qabları uzun müddət əvvəlcədən boş şəkildə qızdırmamağı tövsiyə edir. Çünki boş qab bir neçə dəqiqə ərzində çox yüksək temperatura çata bilər və bu da potensial olaraq polimer buxarlarının ayrılmasına səbəb ola bilər.

Yeməyi çox yüksək odda bişirməkdən uzaq durmaq lazımdır. Daha yaxşısı orta temperatur seçməkdir. Unutmaq olmaz ki, qabların çoxunda uyğun temperatur rejimi barədə tövsiyələr yazılır. Həmçinin mütləq aspiratoru (mətbəx ventilyasiyasını) işə salmaq məsləhətdir bu, buxarların yığılmasını minimuma endirir.

 

Maraq Hansı məişət əşyaları insanlar üçün təhlükəlidir

Xəbər lenti