IMG-LOGO

AQTA: Açıq şəkildə satılan kələm turşusu ilə bağlı araşdırma aparılır

27 Jan 2026 19:09 3 baxış
IMG

Sosial şəbəkələrdə yayılan görüntülərdə açıq satışda olan kələm turşusu məhsulunun rənginin süni şəkildə dəyişdirilməsi ilə bağlı iddialar irəli sürülüb.

"Report" xəbər verir ki, məsələ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən nəzarətə götürülüb.

Aparılan araşdırmalar çərçivəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Meyvəli bazarı" və bazarətrafı ərazidə nəzarət tədbirləri həyata keçirilib. Rəngləyici xammaldan və məhsuldan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Nəticələrlə bağlı əlavə məlumat veriləcək.

AQTA: Açıq şəkildə satılan kələm turşusu ilə bağlı araşdırma aparılır

Xəbər lenti