IMG-LOGO

Professor: Dillə bağlı ən ciddi problemlərdən biri orfoqrafiya ilə orfoepiyanı ayıra bilməməkdir

18 Feb 2026 11:59 3 baxış
IMG

Azərbaycanda dillə bağlı ən ciddi problemlərdən biri orfoqrafiya ilə orfoepiyanı ayıra bilməməkdir.

"Report" xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) Televiziya və radio jurnalistikası kafedrasının professoru, Mətbuat Şurası Dil Komissiyasının üzvü, professor Qulu Məhərrəmli "Medianın dili elmi müzakirə müstəvisində" adlı konfransda deyib.

Onun sözlərinə görə, insanlar yazdıqları kimi danışmağa, yaxud da danışdıqları kimi yazmağa vərdiş ediblər:

"Azərbaycan dilini korlayan faktlardan biri də televiziya, ya da radioda futbol şərhçilərinin səsləndirdiyi səhv ifadələrdir. Şərhçilər söz sırasını da pozaraq dilə xələl gətirilər. Buna misal olaraq "4:2 hesabı ilə uduzub" cümləsini göstərmək olar. Cümlələrin çox hissəsində mübtəda və xəbərin uzlaşması da pozulur. Bundan əlavə, mediada ən çox yol verilən səhvlərdən biri də "hava şəraiti" ifadəsinin işlədilməsidir. Bu nümunələrin əksər hissəsi məna səhvləridir".

Xəbər lenti