Masallı sakini ağacdan yıxılaraq ölüb.
Lent.az xəbər verir ki, hadisə rayonun Məmmədrzaküçə kəndində qeydə alınıb.
Kənd sakini, 46 yaşlı Əşrəf Əşrəfov yaşadığı evin həyətində palıd ağacını budamaq üçün ağaca çıxıb. O, qızolma nəticəsində ağacdan yıxılaraq ölüb.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.
HadisələrMənbə: lent.az