IMG-LOGO

Unai Emeridən “Çelsi” haqda SƏRT SÖZLƏR: “Onlar bizi öldürmək istəyir”

31 Aug 2026 16:55 4 baxış
IMG
0 0

“Aston Villa”nın baş məşqçisi Unai Emeri son illərdə “Çelsi” ilə çoxsaylı transferlər həyata keçirmələrinə baxmayaraq, iki klub arasında yaxşı münasibətlərin olmadığını bildirib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı qapıçı Emiliano Martinesin “Aston Villa”dan “Çelsi”yə keçidi son dörd ildə klublar arasında reallaşan səkkizinci transfer olub. Bundan əvvəl Nikolas Cekson əks istiqamətdə – “Çelsi”dən “Aston Villa”ya transfer edilmişdi.

Emeri klublar arasındakı münasibətlə bağlı suala zarafatla, amma sərt cavab verib:

“Yaxşı münasibətlər? Onlar bizi öldürmək istəyirlər, biz də onları! Bu, yaxşı münasibət deyil. Söhbət pul və futbolçular üçün edilən sövdələşmələrdən gedir”.

Bu yay klublar arasında dörd transfer reallaşıb. Morqan Rocers 117 milyon funt sterlinqə “Çelsi”yə keçib, Alexandro Qarnaço satınalma şərti olan icarə əsasında “Aston Villa”ya qoşulub. Nikolas Cekson 65 milyon funt sterlinqə Birmingem klubuna transfer olunub, Emiliano Martines isə “Çelsi”nin yolunu tutub.

2022-ci ildən bəri “Çelsi” “Aston Villa”dan futbolçular üçün ümumilikdə 163,5 milyon funt sterlinq ödəyib. “Villa”nın London klubundan aldığı oyunçulara xərclədiyi məbləğ isə hazırda 102,5 milyon funtdur.

Unai Emeri Chelsea Aston Villa Unai Emery açıqlaması Emiliano Martinez Nicolas Jackson Morgan Rogers Alejandro Garnacho Çelsi transferləri Aston Villa transferləri Premyer Liqa transfer xəbərləri futbol İngiltərə futbolu son transferlər futbol xəbərləri

Mənbə: lent.az

Xəbər lenti