IMG-LOGO

Məşhur aktyor bacısının toyuna niyə getmədi?

31 Aug 2026 14:49 2 baxış
IMG
7 0

Türkiyəli məşhur aktyor Burak Özçivit bacısı Burçun Özçivitin toyunda  iştirak etməməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Lent.az xəbər verir ki, aktyor yazılan mənfi şərhlər səbəbindən sosial şəbəkə hesabında sərt paylaşım edib.

O bildirib ki, bütün ailə xoşbəxt olduğu halda yeni evlənən cütlüyün əsassız iddialarla narahat edilməsini düzgün hesab etmir.

“Uydurduğunuz hekayələri və mənasız şərhləri öz həyatınıza tətbiq edin. Bizi və bütün ailəmizi rahat buraxın”, - deyə Burak Özçivit qeyd edib.

Qeyd edək ki, Burçun Özçivit iş adamı Hasan Sağdıçla Samsunun Bafra rayonunda keçirilən mərasimdə ailə həyatı qurub. Məlumata görə, Burak Özçivit yeni serial layihəsinin Adanada davam edən sıx çəkiliş qrafiki səbəbindən bacısının toyuna qatıla bilməyib. Aktyorun bacısına telefonla zəng edərək onu təbrik etdiyi bildirilib.

Burak Özçivit aktyor təbrik dəvət toy

Mənbə: lent.az

Xəbər lenti