IMG-LOGO

Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artdı

31 Aug 2026 17:09 5 baxış
IMG
0 0

Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısında dəyişiklik edilib.

APA xəbər verir ki, siyahıya plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən daha 1 həkim-mütəxəssis əlavə olunub.

Belə ki, Həsənli Abidin Nəsib oğlunun adı siyahıya əlavə edilib.

Qeyd edək ki, daha əvvəl Səhiyyə Nazirliyi tərəfindən Azərbaycanda 45 plastik cərrahın fəaliyyətinə icazə verilmişdi.

plastik cərrahlar

Mənbə: lent.az

Xəbər lenti