IMG-LOGO

Paket çayda mikroblar aşkarlandı - VİDEO

25 Jan 2024 09:56 317 baxış
IMG

Alimlər çay paketlərində həşarat qalıqları aşkar ediblər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, ukraynalı kimyaçı Qleb Repiç üç marka paketlənmiş çaya mikroskop altında baxıb. Birinci nümunədə qeyri-adi heç nə aşkar edilməyib, digər ikisində isə berqamotun ətirli olduğuna inanılan böyük mikroqranullar tapılıb.

Onun sözlərinə görə, hər üç nümunədə çay yarpaqlarından ibarət bitki lifləri var. Bir neçə çay paketinə baxış keçirilsə də, heç bir həşarat aşkar edilməyib. 

Eyni zamanda o, alman alimlərinin əslində bu çayda yaşayan minlərlə həşaratın genetik materialını kəşf etdiklərini iddia etdikləri elmi məqalədən danışıb. 

Qeyd edək ki, bu cür çaylar insan sağlamlığı üçün təhlükəli deyil.

Mənbə: lent.az

Xəbər lenti