IMG-LOGO

Vüsal Qurbanov: "Sığorta sektorunda rəqəmsal keçid başlayıb"

26 Jan 2026 11:03 2 baxış
IMG

Azərbaycanın sığorta sektorunda rəqəmsal keçid başlayıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov "InsurTech" adlı dərs vəsaitinin təqdimat mərasimində deyib.

Kitabı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Prezident yanında Dövlət İdarəçilik Akademiyası və "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyi ilə birgə hazırlayıb.

V.Qurbanovun sözlərinə görə, sığorta sisteminin fəaliyyəti yalnız maliyyə itkilərinin kompensasiya edilməsi ilə məhdudlaşmır, eyni zamanda vətəndaşların sosial rifahının və dincliyinin qorunmasında mühüm rol oynayır: "Sığorta insanların gündəlik həyatda qarşılaşa biləcəyi risklərə və gözlənilməz hadisələrə qarşı maliyyə dayanıqlığını təmin edən əsas mexanizmdir. Bu baxımdan sektorun gücləndirilməsi və əhatə dairəsinin genişləndirilməsi vacibdir".

AMB rəsmisi vurğulayıb ki, müasir texnologiyaların tətbiqi sığorta fəaliyyətinə yeni imkanlar qazandırır: "Rəqəmsal həllər, məlumatların analizi və innovativ alətlər risklərin daha dəqiq qiymətləndirilməsinə, xidmət keyfiyyətinin artırılmasına və proseslərin sürətlənməsinə şərait yaradır".

Baş direktor əlavə edib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da sığorta sektorunda rəqəmsal keçid artıq zərurətə çevrilib və bu istiqamətdə islahatlar davam etdirilir: "Sektor ənənəvi modeldən innovativ və texnologiyaya əsaslanan sistemə keçir. Bu keçid həm sığortaçıların, həm də müştərilərin maraqlarına xidmət edir".

Xəbər lenti