Cəlilabadda evdən meyit tapılıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında rayon ərazisində baş verib.
Cəlilabad rayon Təklə kənd ərazi vahidliyinin icra nümayəndəsinin müavini Ziya Muradovun meyiti yaşadığı ünvanda aşkarlanıb.
Z.Muradovun meyiti aidiyyəti üzrə təhvil verilib.
Ölümün səbəbi ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
meyit tapıldı