IMG-LOGO

Naxçıvanda sərbəst güləş birinciliyi başa çatıb

24 Jan 2026 20:11 4 baxış
IMG

Naxçıvanda sərbəst güləş birinciliyi başa çatıb.

"Report"un yerli bürosu xəbər verir ki, İlham Əliyev adına Olimpiya İdman Kompleksində yeniyetmə güləşçilər arasında sərbəst güləş üzrə muxtar respublika (zona) birinciliyinə yekun vurulub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Güləş Federasiyası tərəfindən birgə təşkil olunan yarışda iki yaş kateqoriyasında 130-dan çox idmançı qələbə uğrunda mübarizə aparıb.

Yanvarın 24-də ikinci yarış gününün görüşləri keçirilib. 2011-2013-cü il təvəllüdlüləri əhatə edən çempionatda Fuad İsgəndərli (38 kq), İbrahim Xəlilov (41 kq), Qəhrəman Qəhrəmanlı (44 kq), Şahin Əsgərli (48 kq), Şamxal Əlizadə (52 kq), Tural Mirzəyev (57 kq), Eltun Abuzərli (62 kq), Ramal Bağırov (68 kq), Eşqin Ruhani (75 kq) və Adəm Babayev birinci yeri tutublar.

İlk üç yerin sahiblərinə diplom və medal təqdim olunub.

Xəbər lenti