IMG-LOGO

Rəsmilərin seçki narahatlığı: Süni intellekt seçkilərə təsir göstərə bilər

24 Jan 2026 03:21 3 baxış
IMG
0 0

Berkeley, Harvard və Oxford universitetlərinin alimləri, eləcə də Nobel Sülh Mükafatı laureatı Maria Ressa süni intellektdən qaynaqlanan yeni təhlükəyə diqqət çəkiblər.

Lent.az xəbər verir ki, mütəxəssislərin fikrincə sosial media və mesajlaşma platformalarını ələ keçirən, aşkarlanması çətin olan zərərli süni intellekt bot sürüləri demokratiya üçün ciddi təhlükə yaradır.

“Science” jurnalında dərc olunan hesabatda bu texnologiyanın 2028-ci il ABŞ prezident seçkilərinədək geniş miqyasda istifadə oluna biləcəyi qeyd olunur. Avtoritar meyilli liderlərin bu botlardan istifadə edərək ictimai rəyi manipulyasiya etməsi və seçki nəticələrini şübhə altına alması ehtimalı vurğulanır.

Bu botlar avtomatik şəkildə koordinasiya olunaraq icmalara sızır, insan sosial davranışlarını təqlid edir və zamanla cəmiyyətin zəif nöqtələrini öyrənərək demokratiyanı daxildən zəiflətməyə çalışır.

Artıq “Facebook” və “Threads” kimi platformalarda təsdiqlənməsi çətin məlumatlar yaydıqları müşahidə olunur.

 

seçki

Xəbər lenti