IMG-LOGO

Alen Simonyan Rusiyaya səfər edəcək

23 Jan 2026 16:37 3 baxış
IMG

Ermənistan parlamentinin sədri Alen Simonyan fevralın 5-6-da Rusiyaya səfər edəcək.

"Report" yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, bu məsələ Simonyanın Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə telefon danışığı zamanı müzakirə olunub.

Danışıq zamanı səfərin təşkili ilə bağlı məsələlər, həmçinin ikitərəfli münasibətlərin gündəliyi müzakirə edilib.

Xəbər lenti