IMG-LOGO

IRENA Türkmənistana Mərkəzi Asiyanın regional enerji tərəfdaşlığına qoşulmağı təklif edir

23 Jan 2026 10:47 3 baxış
IMG

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) Türkmənistanı aşağı karbonlu dayanıqlı gələcəyə keçidi sürətləndirməyə çağırır.

"Report" xəbər verir ki, bunu IRENA-nın baş direktoru Françesko La Kamera ADA Universitetində Beynəlxalq Təmiz Enerji Günü münasibətilə keçirilən dəyirmi masada bildirib.

Onun sözlərinə görə, regional əməkdaşlıq Mərkəzi Asiya üçün xüsusi əhəmiyyət kəsb edir.

"Regionun enerjiyə artan tələbatı və zəngin bərpa olunan enerji resursları aşağı karbonlu dayanıqlı gələcəyə keçid və qalıq yanacağın həddindən artıq istehlakından imtina üçün unikal imkan yaradır. Bu imkanların reallaşdırılması investisiyaların səfərbər edilməsi və regional əməkdaşlıq üçün möhkəm təməl tələb edir. Məhz buna görə IRENA COP29 çərçivəsində "Mərkəzi Asiya üçün sürətləndirilmiş tərəfdaşlıq" (APCA) təşəbbüsünü başladıb. Biz beynəlxalq və regional tərəfdaşları dörd əməkdaşlıq sütunu ətrafında birləşdirməyə çalışırıq" - La Kamera bildirib.

Onun sözlərinə görə, bu gün Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan artıq birlikdə fəaliyyət göstərir.

"Biz Türkmənistanı onlara qoşularaq davamlı gələcəyə gedən yolu sürətləndirməyə çağırırıq", - baş direktor əlavə edib.

Xəbər lenti