IMG-LOGO

İqor Qarafuliç: "BMT Azərbaycan hökumətini NDC 3.0-ın həyata keçirilməsində dəstəkləməyə hazırdır"

23 Jan 2026 10:49 3 baxış
IMG

BMT Azərbaycan hökumətini NDC 3.0-ın iddialı məqsədlərinin həyata keçirilməsində və Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM №7) doğru irəliləməsində dəstəkləməyə hazırdır.

"Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı müvəqqəti rezident-əlaqələndiricisi İqor Qarafuliç ADA Universitetində Beynəlxalq Təmiz Enerji Günü münasibətilə keçirilən dəyirmi masada bildirib.

"Bu gün həmçinin Azərbaycanın "təmiz enerji"yə keçid sahəsində liderliyini, eləcə də öhdəliyini qəbul etmək üçün münasib andır. Biz COP30-da elan edilmiş Azərbaycanın Milli Səviyyədə Müəyyən Edilmiş Töhfəsini (NDC 3.0) alqışlayırıq. 2050-ci il üçün nəzərdə tutulan emissiyaların azaldılması hədəfini 15 il irəli çəkən Azərbaycan artıq 2035-ci ilə qədər tullantıları 40 % azaltmağı öhdəsinə götürür. Bu, iqlim fəaliyyətini sürətləndirmək üçün milli qətiyyətin güclü bir siqnalıdır", - o qeyd edib.

İ.Qarafuliç bildirib ki, yeni NDC 3.0 bərpa olunan enerji, nəqliyyat və enerji səmərəliliyi vasitəsilə dekarbonizasiya yollarını müəyyən edir: "Yaşıl iqtisadiyyat"a ədalətli keçid isə şaxələnməni təmin edəcək və ölkənin rəqabət qabiliyyətini gücləndirəcək".

Bundan əlavə, o qeyd edib ki, Azərbaycan DİM №7 - "Ucuz başa gələn və təmiz enerji"nin əldə edilməsində hiss olunan irəliləyişlər əldə edir:

"UNESCO-nun dəstəyi ilə hökumət bərpa olunan enerji mənbələrinin istifadəsinin genişləndirilməsinə, enerji səmərəliliyinin artırılmasına, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda "yaşıl enerji" zonalarının yaradılmasına yönəlmiş DİM 7 üzrə milli "yol xəritəsi" hazırlayır. 2026-2030-cu illər üçün dayanıqlı inkişaf sahəsində əməkdaşlıq üzrə Sənədimiz çərçivəsində BMT bu iddialı məqsədlərin həyata keçirilməsində hökuməti dəstəkləməyə hazırdır".

Xəbər lenti