IMG-LOGO

IRENA yayda Azərbaycanda enerji keçidi üzrə investisiya forumu keçirəcək

23 Jan 2026 10:57 3 baxış
IMG

Bu ilin iyun ayında Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) Azərbaycanda enerji keçidi üzrə illik investisiya forumu keçirəcək.

"Report" xəbər verir ki, bunu IRENA-nın baş direktoru Françesko La Kamera ADA Universitetində Beynəlxalq Təmiz Enerji Günü münasibətilə keçirilən dəyirmi masada bildirib.

"Tərəfdaşlarımızla birlikdə 2026-cı ilin iyun ayında Azərbaycanda Mərkəzi Asiya üçün enerji keçidi üzrə illik investisiya forumu təşkil edəcəyik. Biz investisiya və maliyyə platformalarımız vasitəsilə investisiya çatışmazlığını aradan qaldırmağa və bərpa olunan enerji sahəsində əhəmiyyətli layihələri irəli aparmağa çalışırıq", - baş direktor qeyd edib.

Xəbər lenti