IMG-LOGO

Qərbi Azərbaycan Xronikası: "Göyçə" adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?

23 Jan 2026 03:15 4 baxış
IMG

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Report" xəbər verir ki, süjetdə Azərbaycanın yeni regional strategiyası, erməni məhkumları Ermənistana təhvil verilməsi, "Göyçə" adının Ermənistan cəmiyyətində qıcıq yaratması və Qərbi Azərbaycan mövzusunun niyə manipulyasiya obyektinə çevrilməsindən bəhs edilir.

Bildirilir ki, Azərbaycan nə təzyiq edir, nə də geri çəkilir, yaratdığı yeni model Ermənistan cəmiyyətinə ünvanlanan sakit, amma sərt mesajdır:

"Azərbaycanın yeni regional strategiyası ilə güc və humanizmi bir arada tutur. Neftin tranziti rəsmi Bakının sülhə hesablanmış addımıdır. Təbii ki, bu məsələdə Baş nazir Nikol Paşinyana dəstək iddiası reallıq deyil, manipulyasiyadır".

Qeyd olunur ki, Ermənistan hökumətinin aparat rəhbəri Araik Harutyunyan Qərbi Azərbaycan anlayışından qorxuya düşüb:

"Onun "teatr" və "nağıl" ritorikası "qorunma" mexanizmidir. Azərbaycan mətbuatında dərc olunan materiallar İrəvanı təşvişə salıb. "Basarkeçər" şərabının dünyada satılması və üzərindəki xəritə Ermənistan cəmiyyətini qarışdırıb, travma və reallıq toqquşması yaradıb".

Sonda vurğulanır ki, rəsmi Bakı məhkumları Ermənistana təhvil verməklə region üzərində qurulan yeni oyunu pozub.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Qərbi Azərbaycan Xronikası: "Göyçə" adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?

Xəbər lenti