IMG-LOGO

Bessent: Çin ABŞ ilə ticarət sazişinin şərtlərini tam yerinə yetirir

23 Jan 2026 02:05 2 baxış
IMG

Çin Amerika Birləşmiş Ştatları (ABŞ) ilə ticarət razılaşmasının şərtlərini tam şəkildə yerinə yetirir.

"Report"un məlumatına görə, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent "Politico" qəzetinə verdiyi müsahibədə bildirib.

"Biz onlara təzyiq göstərəcəyik. Lakin onlar vəd etdiklərinin hamısını yerinə yetirirlər", – deyə ABŞ Maliyyə Nazirliyinin rəhbəri Çinlə ticarət sazişinin icrasını şərh edərkən qeyd edib.

O vurğulayıb ki, Çin tərəfi ötən həftə soya paxlasının tam həcmdə alışını başa çatdırıb.

Bessent həmçinin xatırladıb ki, bu həftənin əvvəlində İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumunun kuluarlarında Çinin Baş nazirinin müavini He Lifenlə görüş keçirib və qarşı tərəf ona ötən ilin payızında Çin Sədri Si Cinpin və Tramp arasında aparılan danışıqlar zamanı təsbit olunmuş ticarət razılaşmasının icrasına sadiq olduğunu təsdiqləyib.

Bundan əlavə, Bessent Pekin və Vaşinqton arasındakı münasibətlərin "çox yaxşı bir tarazlığa" çatdığını, mövcud ziddiyyətlərin tammiqyaslı iqtisadi münaqişəyə çevrilməsi təhlükəsi yaratmadığını bildirib.

Xəbər lenti