İsrail Müdafiə Qüvvələri (İMQ) ABŞ-nin İrana mümkün hücumuna hazırlıqları başa çatdırıb və hücum istənilən an həyata keçirilə bilər.
"Report"un məlumatına görə, bu barədə "The Times of Israel" yazıb.
Nəşr qeyd edib ki, yaxın sutka ərzində ABŞ qüvvələrinin Yaxın Şərqdə yerləşdirilməsi də tamamlanacaq. Bundan sonra İrana hücumun istənilən an mümkün olacağı bildirilir.
Bir gün əvvəl İMQ-nin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir İranla münasibətlərdə davam edən gərginlik fonunda ordunun ölkəyə təhdid yaradan istənilən düşmənə qarşı hərəkətə hazır olduğunu bəyan edib.