IMG-LOGO

Kobaxidze: Orta Dəhliz üzrə daşımalar son beş ildə yeddi dəfə artıb

23 Jan 2026 00:31 2 baxış
IMG

Alternativ nəqliyyat dəhlizlərinin yaradılması Gürcüstanın tranzit roluna təhlükə yaratmır.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "İmedi LIVE" proqramında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bunun ən aydın sübutu Orta Dəhliz üzrə daşımaların son beş ildə 7 dəfə artmasıdır.

O qeyd edib ki, Gürcüstanın tranzit funksiyasının zəiflədiyi ilə bağlı səsləndirilən iddialar reallığı əks etdirmir.

İrakli Kobaxidzenin sözlərinə görə, Gürcüstan qonşu ölkələr arasında münasibətlərin normallaşmasını və ticarət-iqtisadi əlaqələrin genişlənməsini alqışlayır. Eyni zamanda, ölkə tranzit potensialının inkişafı üçün genişmiqyaslı investisiyalar yatırmağa davam edir.

Xəbər lenti