ABŞ Prezidenti Donald Tramp 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumdan sonra Vaşinqton administrasiya rəhbərinin hesablarının bağlanması ilə əlaqədar Amerikanın ən böyük bankı olan "JPMorgan Chase" və onun direktoru Ceymi Daymona qarşı 5 milyard dollar məbləğində məhkəmə iddiası irəli sürüb.
"Report" xəbər verir ki, bu barədə "Fox Business" telekanalı məlumat yayıb.
Məlumata görə, Tramp bankı siyasi səbəblərə görə hesabları bloklamaqda ittiham edir. İddia Florida ştatının məhkəməsinə prezident və mehmanxana biznesində fəaliyyət göstərən bir neçə şirkətin adından təqdim olunub. İttiham tərəfi iddia edir ki, bank öz etik məcəlləsini pozub.
"Bank bu prinsiplərə sadiq qaldığını bəyan etsə də, onları birtərəfli qaydada - xəbərdarlıq etmədən və vəziyyəti düzəltmək imkanı vermədən pozub", - iddiada deyilir.