IMG-LOGO

Qrenlandiyada NATO-nun daimi missiyasının yerləşdirilməsi razılaşdırılıb

22 Jan 2026 23:55 2 baxış
IMG

Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen adanın müdafiəsini gücləndirmək tədbirlərini genişləndirməyə, o cümlədən NATO-nun daimi missiyasının yaradılması imkanına hazır olduqlarını bildirib.

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, baş nazir bunu media qarşısında çıxışı zamanı deyib.

"Qrenlandiyada NATO missiyası, hərbi mövcudluğun və təlim fəaliyyətlərinin artırılması kimi vacib təşəbbüslər vasitəsilə Arktikada təhlükəsizliyi gücləndirmək istəyirik. Biz digər məsələlərin də müzakirəsinə, həmçinin daimi əsasda daha çox şey etməyə hazırıq", - Nilsen qeyd edib.

Baş nazir ABŞ Prezidenti Donald Tramp və NATO-nun Baş katibi Mark Rütte arasında razılaşdırılan sazişin detallarını bilmədiyini söyləyib. Lakin o vurğulayıb ki, ada ilə bağlı yalnız Qrenlandiya və Danimarka sazişlər bağlaya bilər.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp fevral ayından etibarən bir sıra Avropa ölkələrinə qarşı yeni rüsumların tətbiqini planlaşdırırdı. Lakin Qrenlandiya ilə bağlı dialoqun başlanması barədə razılaşmalar fonunda yanvarın 21-də yeni tariflərin tətbiqindən imtina edib. Qərar Ümumdünya İqtisadi Forumu çərçivəsində Davosda NATO-nun Baş katibi Mark Rütte ilə danışıqlarından sonra qəbul olunub.

Xəbər lenti