IMG-LOGO

Azərbaycan Basketbol Liqasının XIV turunda "Sumqayıt" "Ordu"ya qalib gəlib

22 Jan 2026 22:14 3 baxış
IMG

Azərbaycan Basketbol Liqasında XIV tura start verilib.

"Report" xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.

Səfərdə "Ordu" kollektivi ilə qarşılaşan "Sumqayıt" 100:96 hesablı qələbə qazanıb. Qarşılaşma "Sərhədçi" İdman Mərkəzində baş tutub.

Qeyd edək ki, tura yanvarın 25-də yekun vurulacaq.

Xəbər lenti