IMG-LOGO

Zelenski: BƏƏ-dəki danışıqlarda ərazi məsələsi müzakirə ediləcək

22 Jan 2026 22:24 3 baxış
IMG

BƏƏ-də Rusiya-Ukrayna-ABŞ arasında üçtərəfli danışıqlarda ərazi məsələsi müzakirə ediləcək.

"Report" "Novosti.live" teleqram kanalına istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

"Düşünürəm ki, üçtərəfli görüşlərdə biz bir-birimizə variantlar təqdim edəcəyik. Onlar ölkəmizin şərqi ilə bağlıdır. Bu, torpaq məsələsidir", - Ukrayna lideri deyib.

O əlavə edib ki, bununla belə bu məsələ ilə bağlı yekun qərarlar hələ qəbul edilməyib.

Daha əvvəl Zelenski yanvarın 23-24-də BƏƏ-də Rusiya-Ukrayna-ABŞ nümayəndələrinin görüşünün keçiriləcəyini elan etmişdi.

Xəbər lenti