IMG-LOGO

Şeynbaum: Meksika Kanada və ABŞ ilə ticarət sazişinin qorunmasında maraqlıdır

22 Jan 2026 21:20 2 baxış
IMG

Meksika Prezidenti Klaudiya Şeynbaum bildirib ki, hökumət Kanada-Meksika-ABŞ arasında üçtərəfli ticarət sazişinin pozulmasına yol verməmək üçün çalışacaq.

"Report" Meksika KİV-inə istinadən xəbər verir ki, Şeynbaum bu barədə mətbuat konfransında bildirib.

ABŞ Prezidenti Donald Tramp və Kanada Baş naziri Mark Karni arasında fikir ayrılıqları fonunda sazişin pozulması ehtimalı ilə bağlı jurnalistin sualını cavablandırarkən Şeynbaum vurğulayıb ki, Meksika müqaviləni qorumağı məqsədəuyğun hesab edir: "Biz sazişin ləğv edilməməsi üçün çalışacağıq və hesab edirik ki, razılaşmaları qorumaq üç ölkə üçün də vacibdir".

Meksika Prezidenti qeyd edib ki, ABŞ və Kanada liderləri arasındakı fikir ayrılıqlarına "ritorika qarşıdurması" kimi deyil, beynəlxalq proseslərə dair fərqli baxışlar kimi yanaşmaq lazımdır.

Xəbər lenti