IMG-LOGO

Zelenski: Putinlə bərabər səviyyədə dialoq aparan Tramp müharibəni dayandıra bilər

22 Jan 2026 22:01 3 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə bərabər səviyyədə danışdığı üçün Ukraynadakı müharibəni başa çatdıra bilər.

"Report" "RBK-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Davosda jurnalistlərlə söhbəti zamanı bildirib.

"Müharibəni davam etdirib-etdirməmək onların qərarıdır. Lakin biz onu dayandırmaq istəyirik. Ona görə də düşünürəm ki, prezident Tramp bunu, həqiqətən, edə bilər, çünki o, Putinlə bərabər səviyyədə dialoq aparır. Bunu hər kəs etmir", - o deyib.

Ukrayna Prezidenti qeyd edib ki, ABŞ Rusiyadan xeyli güclüdür, o cümlədən hərbi baxımdan.

"Onlar kompromislər tapmaq istəyirlər. Bilirsiniz ki, biz müxtəlif addımlara açığıq və mən demişəm ki, bu, iki tərəfin kompromisləridir. Ona görə də ruslar bu müharibədə qalib gəlməyəcəklər", - deyə o vurğulayıb.

Zelenski qeyd edib ki, itkilər fonunda və müharibənin lap əvvəlində çatmaq istədiyi məqsədlər əldə olunmadan Rusiya liderinin müharibəni bitirmək istəyinə əmin deyil.

Xəbər lenti