Voleybol üzrə Azərbaycan Yüksək Liqasında X turun matçları baş tutub.
"Report" xəbər verir ki, kişilərin yarışında "Neftçi" "Azərreyl"li 3:0 (25:23, 25:15, 25:20) hesabı ilə üstələyib.
Qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında start götürüb.
Qadınların mübarizəsində isə "Azərreyl" "Gəncə"yə 1:3 (19:25, 25:21, 19:25, 23:25), "Abşeron" isə "DH Volley" kollektivinə 0:3 (20:25, 21:25, 11:25) hesabı ilə məğlub olub.
Hər iki oyun Azərbaycan Voleybol Federasiyasının idman zalında keçirilib.