Parlamentin ictimai birliklər və dini qurumlar komitəsi 2026-cı ilin yaz sessiyası çərçivəsində bir neçə ictimai dinləmə keçirəcək.
"Report" xəbər verir ki, bu barədə komitənin 2026-cı il yaz sessiyası üçün iş planının layihəsində qeyd olunub.
Bildirilib ki, ictimai müzakirələr ictimai birliklərin mövcud durumu, siyasi partiyaların mövcud durumu və dini abidələrin durumu mövzusunda təşkil olunacaq.