ABŞ-ın avtomobil təhlükəsizliyi tənzimləyicisi Tesla-nın “Cybercab” robotaksilərinin istifadəyə verilməsi prosesini qiymətləndirməyə başlayıb.
Lent.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
“Cybercab”ın ən maraqlı xüsusiyyəti avtomobildə ənənəvi sükan və pedalların nəzərdə tutulmamasıdır. Tesla gələcək şəhər nəqliyyatında bu tip tam avtonom avtomobillərdən geniş istifadə etməyi planlaşdırır.
NHTSA isə belə avtomobillərin təhlükəsizlik tələblərinə necə uyğunlaşacağını qiymətləndirir.
TeslaMənbə: lent.az