Türkiyədə gənclərin hazırladığı elektrik və hidrogen yanacaq elementli avtomobillər TEKNOFEST çərçivəsində yarış meydanına çıxacaq.
Lent.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Avtomobillər TÜBİTAK-ın Gebzedəki kompleksində keçiriləcək yarışlarda enerji səmərəliliyi, texniki göstəricilər və dizayn baxımından sınaqdan keçiriləcək.
Layihələrin əsas məqsədlərindən biri tələbə və gənc mühəndislərin alternativ enerji ilə işləyən nəqliyyat texnologiyalarını inkişaf etdirməsinə şərait yaratmaqdır.
TEKNOFESTMənbə: lent.az