IMG-LOGO

“Beşiktaş” “Fənərbaxça”nı məğlub etdi: İKİNCİLİYƏ YÜKSƏLDİ

05 Sep 2026 23:12 3 baxış
IMG
0 0

Türkiyə Super Liqasında IV tur davam edir.

Apasport.az xəbər verir ki, bu gün İstanbul derbisi baş tutub.

"Fənərbaxça" "Beşiktaş"ı qəbul edib.

Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Hesab ilk hissədə açılıb. Milan Şkrinyar meydan sahiblərini önə keçirib. Çox keçmədən Rıdvan Yılmaz hesabı bərabərləşdirib.

İkinci hissə də eyni ssenari ilə keçib. 73-cü dəqiqə Duşan Vlahoviç komandasına qələbə qazandıran qolu vurub - 2:1.

Qeyd edək ki, "Beşiktaş" 9 xalla turnir cədvəlinin 2-ci, "Fənərbaxça" isə 6 xalla 4-cü pilləsində qərarlaşıb

Fənərbaxça Beşiktaş

Mənbə: lent.az

Xəbər lenti