2025-ci ildə gömrük bəyannamələrinə əsasən, Azərbaycan 25 milyard 187 milyon 270,45 min kubmetr həcmində təbii qaz ixrac edib.
Bu barədə "Report" Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.
Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 8 milyard 821 milyon 258,79 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2024-cü il ilə müqayisədə 2,3 % az, dəyəri isə 4,9 % çoxdur.
Hesabat ilində Azərbaycanın ümumi ixracında təbii qazın payı 35,22 % olub.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49 milyard 423 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 25 milyard 43 milyon ABŞ dolları ixracın, 24 milyard 380 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,7 % azalıb, idxal isə 15,8 % artıb.