2025-ci ildə Azərbaycan gömrük bəyannamələrinə əsasən, 735 min 806,83 ton həcmində neft məhsulları ixrac edib.
"Report"un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 431 milyon 899,12 min ABŞ dolları təşkil edib.
İxrac edilən neft məhsullarının həcmi ötən il ilə müqayisədə 36,9 %, dəyəri isə 28,9 % çoxdur.
Hesabat ilində Azərbaycanın ümumi ixracında neft məhsullarının payı 1,72 % olub.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49 milyard 423 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 25 milyard 43 milyon ABŞ dolları ixracın, 24 milyard 380 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,7 % azalıb, idxal isə 15,8 % artıb.