IMG-LOGO

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Qətərin hərbi rəhbərliyi ilə görüşüb

21 Jan 2026 10:55 2 baxış
IMG

Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Qətərə səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri Əlahəzrət Şeyx Saud bin Əbdülrəhman bin Həsən Al Tani və Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Casim bin Məhəmməd Al Mannai ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycanın Qətərdəki səfiri Adış Məmmədovun da iştirak etdiyi görüşlərdə "DIMDEX 2026" sərgisinin ölkələrin dənizdən müdafiə qabiliyyətinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Tərəflər hərbi əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə edərək Azərbaycan ilə Qətər arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib, birgə hərbi təlimlərin keçirilməsinin vacibliyini bildirib, habelə maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

Xəbər lenti