IMG-LOGO

Qızılın qiyməti “uçur” - Tarixi rekord

21 Jan 2026 09:35 2 baxış
IMG
3 0

Dünya əmtəə bazarlarında qızıl qiyməti tarixi rekordunu yeniləyərək 4800 dolları ötüb.

Qızılın həm fyuçers, həm də spot qiymətləri artıb. Məlumata görə, Comex-də qızılın fevral 2026 fyuçers kontraktı sutka ərzində 96,8 dollar və ya 2,03% artaraq 1 troya unsiyası üçün 4 862,6 dollar səviyyəsinə yüksəlib.

Eyni zamanda, spot qızılın (XAU/USD) qiyməti 102,2 dollar və ya 2,15% artaraq 4 865,6 dollar təşkil edib.

Analitiklər qeyd edirlər ki, qızıl qiymətlərində sutkalıq artım qlobal fond bazarlarında enişlərin güclənməsi, investorların riskdən yayınaraq təhlükəsiz aktivlərə yönəlməsi və monetar siyasətə dair qeyri-müəyyən gözləntilərin artması fonunda baş verib./"APA-Economics"

qızılın qiyməti

Xəbər lenti