IMG-LOGO

Tramp: ABŞ tezliklə narkotik qaçaqmalçılığına qarşı quru əməliyyatlarına başlayacaq

21 Jan 2026 01:06 2 baxış
IMG

ABŞ-yə su yolu ilə gələn narkotik axını 97 % azalıb və Birləşmiş Ştatlar hakimiyyəti tezliklə quru yolu ilə narkotik qaçaqmalçılığına qarşı əməliyyatlara başlayacaq.

"Report"un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bunu Ağ Evdə keçirilən mətbuat konfransında açıqlayıb.

"Sizə deyə bilərəm ki, su yolu ilə daşınan narkotiklərin həcmi 97 % azalıb", - o deyib. "Çox tezliklə quru yolu ilə gələn narkotiklərin qarşısının alınması ilə məşğul olacağıq. Onların haradan gəldiyini dəqiq bilirik".

Xəbər lenti